Qurban Qurbanov püşkü dəyərləndirdi

“Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Metbuat.az xəbər verir ki, bu barədə “Qarabağ” klubnun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyun barədə fikirlərində bildirib.

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”, - deyə Qurbanov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı