Xocalı faciəsini törətmiş ermənilərin hadisədə iştirakı sübut olunub - Deputat

"Xocalı soyqırımı insaniyyətə sığmayan ən ciddi soyqırımlardan biridir. Bütün müharibə qanunlarını pozaraq, erməni quldurları və onların havadarları Azərbaycan xalqına qarşı məhz qorxutmaq məqsədilə bu addımları atıblar".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib:

"Xocalı soyqırımında 600-dən çox həmvətənimiz həlak olub, itkin düşən, girov götürülənlərimiz olub. Son vaxtlar kütləvi məzarlıqların aşkarlanması bir daha göstərir ki, Xocalı soyqırımı baş verib və ermənilər nə qədər bunu gizlətməyə çalışsalar da, bu faktdır. Təəssüf doğuran məsələ budur ki, dünya bu işlərə susdu, baxmayaraq ki, dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını bir soyqırım kimi tanıdı".

Deputat bildirib ki, son vaxtlar Xocalı facisəsini törətmiş ermənilərin bu prosesdə iştirakı sübut olunub. Onlar həm şahid kimi, eyni zamanda cinayətkar kimi ifadə veriblər:

"Eyni zamanda Azərbaycanın Baş prokurorluğu, Hərbi prokurorluq, 365-ci alaya və orada iştirak edən şəxslərin cinayət işlərinin araşdırılması ilə məşğuldur. İnterpolda xeyli axtarışa verilmiş cinayətkarlar var. Xocalı soyqırımı bir qara ləkədir. Ermənilərin həyatında da həmişə qara ləkə olaraq qalacaq. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq. Bu gün də 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin anları unutmadı, yada saldı və öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün qurulmuş abidəni ziyarət etdilər. Biz bir daha daxili və xarici siyasətimizin dönməz olduğunu dünyaya göstərdik".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı