Xalq artisti Dubayda lüks mənzil aldı - VİDEO

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko Birləşmiş Ərəb Əmirliklərində yeni mülk alıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi Dubay şəhərində yüksəkmərtəbəli yeni tikililərin birində lüks dubleks mənzil alıb.

Bu haqda Anna sosial şəbəkə hesabında məlumat verib.
Netrobko lüks mənzilini nümayiş edərək, bu daşınmaz əmlaka 2022-ci ildə sahibləndiyini vurğulayıb:

"Burada yaşadığıma görə xoşbəxtəm. Baxmayaraq ki, mənim əsas yaşadığım yer Vena şəhəridir, amma indi bura bizim evimizdir. 2022-ci ilin aprel ayından biz bu mənzildə yaşayırıq. Burada ailəmin 10 nəfər üzvü qalır. Mebellərimin əksərriyəyi Nyu-York şəhərindən buraya dəniz yolu ilə gətirilib"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR