Liqa nəhənginin prezidenti Peresdən şəxsən Ardanı istədi

"Real Madrid" - "Sevilya" matçında "Sevilya"nın prezidenti Del Nido Arda Güleri transfer etmək üçün Florentino Peresə təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Santiaqo Bernabeuda” matçı izləyən Del Nido “Real Madrid” prezidenti Florentino Pereslə görüşərək Arda Güler üçün diqqətçəkən təklif irəli sürüb. O, Ardanı növbəti mövsümdə icarə əsasında heyətə qatmaq istədiklərini bildirib. “Defensa Central”ın məlumatına görə, Florentino Peres Del Nidoya Arda Güleri satmaq və ya onu icarəyə göndərmək planlarının olmadığını bildirib.

Xəbərlərdə o da xatırladılıb ki, Arda Güler özü daha çox oyun şansı əldə etmək üçün komandadan ayrılmaq istəsə, “Real” razılıq verə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR