Türkiyənin milli müdafiə nazirinin müavini hərbi institutu ziyarət edib - VİDEO

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyindən Metbuat.az-a bildirilib ki, əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.

Qonaqlara hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib, iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.

Türkiyə nümayəndə heyəti institutun ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Qonaqlar burada kursantların tədris prosesinin gedişatı ilə də maraqlanıblar.

Hərbi institutun akt zalında keçirilən tədbirdə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə igid, qorxmaz oğullarımızın azadlıq uğrunda apardıqları mübarizədən, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən, bu əlaqələrin bütün türk dünyası üçün mühüm əhəmiyyətə malik olmasından, qardaş ölkə Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü hər zaman dəstəkləməsindən danışıblar.

Sonda birgə xatirə şəkli çəkdirilib, qarşılıqlı hədiyyələr təqdim olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı