Qızılca peyvəndinin təsir müddəti AÇIQLANDI

Qızılca ilə xəstələnmə bütün yaşlarda ola bilər, lakin daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir, 1-8 yaş ən həssas qrup hesab edilir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.

Onun sözlərinə görə, qızılca xəstəliyini keçirməyən və ya qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd almayan digər yaş qruplarında olan insanlar da qızılcaya yoluxa bilərlər.

“Əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər passiv immunitetin olması ilə əlaqədar körpələr qızılca ilə xəstələnmir. Bu immunitet 9 ayından sonra itə bilər. 3 aydan 1 yaşa qədər uşaqlar əsasən ana qızılca xəstəliyini keçirməyibsə və peyvənd olunmayan hallarda qızılca virusuna yoluxa bilər. Qızılca peyvəndindən sonra bu xəstəliyə qarşı orqanizmdə davamlı (təxminən 10-13 il) immunitet yaranır. Qızılca xəstəliyinin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır.
Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər”.

Səbinə Cəfərova valideynlərin nəzərinə çatdırıb ki, peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır və qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı