Fransa Ermənistandan istifadə edərək məkirli siyasətini həyata keçirir - Deputat

"Ermənistan əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdürsə, ilk növbədə Rusiya haqqında olan məlumatları toplayıb, NATO-nun üzvü olan Fransaya verməlidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Fransa bir daha Ermənistandan istifadə edərək həm öz məkirli siyasətini həyata keçirir, həm də kəşfiyyat məlumatları toplayır.

"Eyni zamanda, nəyin bahasına olursa Rusiyanın məhz Ermənistandan çıxarılması istiqamətində addımlar atır, NATO üzvü kimi burda məskunlaşmağa çalışır. Paralel olaraq regional dövlətə müəyyən məlumatlar ötürür. Düşünürəm ki, ilk növbədə buna İran, Türkiyə, həmçinin Rusiya ciddi reaksiya verəcək".

Arzu Nağıyev qeyd edib ki, razılaşmanın həyata keçməməsi üçün region dövlətləri birlikdə koordinasiyalı əməkdaşlıq qurmalıdır.

"Əks halda Qərbə məxsus peykdən istifadə edən İrəvan, sabah tamamilə qərbin peykinə çevrilə bilər".

Qeyd edək ki, Fransa mətbuatının məlumatına görə, Paşinyanın Fransaya son səfəri zamanı Ermənistanla bu ölkə arasında kəşfiyyat sahəsində məlumat mübadiləsinə dair razılaşma əldə olunub. Razılaşmaya əsasən, Ermənistan Azərbaycan, Rusiya, Türkiyə və İranla bağlı kəşfiyyat məlumatlarını Fransanın Xarici Təhlükəsizlik Baş Direktorluğuna ötürəcək. Bunun müqavilində isə, Paris Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət haqqında peyk məlumatlarını İrəvanala bölüşəcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı