AFFA-nın yeni prezidenti bu şəxs olacaq - İDDİA

Məlum olduğu kimi, aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Rövnəq Abdullayevin yeni dönəm üçün namizədliyini irəli sürməyəcəyini deməsindən sonra quruma yeni rəhbər təyin ediləcəyi məlum olub.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, ötən günlərdə yuxarı dairələrdə bununla bağlı iclas keçirilib. Mümkün namizədlər və versiyalar barədə fikir mübadiləsi aparılıb. Sonda qərara gəlinib ki, AFFA SOCAR-ın prezidenti Rövşən Nəcəfə tapşırılsın.

Saytın iddiasına görə, toplantıda federasiyanın qarşıdakı illərdəki strategiyası da müzakirə olunub. Əvvəlki illərdə yaşanan uğursuzluğun təkrarlanmaması üçün quruma təcrübəli, nüfuzlu futbol adamlarının cəlb olunması və onların planlarına uyğun iş görülməsi qərara alınıb. Buna görə də İcraiyyə Komitəsində ciddi dəyişikliklər ediləcək. Üzvlərin 90 faizi dəyişdiriləcək.

Qeyd edək ki, Rövşən Nəcəf hazırda "Neftçi"nin Müşahidə Şurasının da sədridir. Bu o deməkdir ki, o seçilərsə, "ağ-qaralar"da da rəhbər dəyişikliyi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR