Qaradağda 18 yaşlı gənc qətl törətdi

Qaradağ rayonunda ölümlə nəticələnən qətl hadisəsi baş verib.

Martın 6-da saat 02 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəlüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Mətbuat.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı