Birinci siniflərə elektron qeydiyyat tarixi açıqlandı

2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub. Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər”,- deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı