Zelenskinin kortecinə raket hücumu edildi - Ölənlər var

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfər edərkən şəhərə raket zərbəsi endirilib.

Metbuat.az xəbər verir ki, Rusiya qoşunları Ukrayna Prezidentinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib. Məlumata görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb. Zelenski Odessada keçirilən mətbuat konfransında raket hücumundan danışıb:

“Hələlik bütün təfərrüatlardan xəbərdar deyiləm, amma bilirəm ki, ölənlər və yaralılar var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı