Kasparov Rusiyada terrorçu elan edildi

Məşhur şahmatçı Harri Kasparov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

Metbuat.az xəbər verir ki, 2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamağa görə hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzasının gözlədiyi bildirilir.

Qeyd edək ki, 60 yaşlı Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı