Elektrik enerjisi doldurma məntəqələri üçün yerlər müəyyənləşdiriləcək

Azərbaycanda bir ay müddətində elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri müəyyən ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" Sərəncamında öz əksini tapıb.

Qeyd edilib ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı