Kiyev daha çox uzaqmənzilli silahlar almalıdır - Berbok

Ukraynada sülh istəyənlər onların özünü müdafiə edə bilməsi üçün bütün vasitələri səfərbər etməlidir.

Metbuat.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində britaniyalı həmkarı Devid Kemeronla birgə mətbuat konfransında deyib.

“Bütün vəsaitləri səfərbər etmək o deməkdir ki, Ukraynanın özünü müdafiə etməsi üçün daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi, daha çox uzaq mənzilli silahlar tədarük edilməlidir”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı