"Barselona"dan gözlənilməz həmlə - Laporta onu razı salmağa çalışır

Xavi Hernandez istefa verəcəyini açıqlayandan sonra "Barselona" diqqətçəkən həmlə edib.

Metbuat.az xəbər verir ki, "Barselona"nın Hansi Flikin meneceri Pini Zahavi ilə danışıqlara başladığı bildirilib. “Sky Sports”un xəbərinə görə, "Barselona"nın prezidenti Joan Laportanın Pini Zahavi ilə müzakirələr aparıb. Məlumata görə, Hansi Flik “Barselona”nın yeni baş məşqçisi olmağa əsas namizədlər sırasındadır. 59 yaşlı çalışdırıcı sonuncu dəfə Almaniya millisini çalışdırıb. Bundan əvvəl "Barselona"nın baş məşqçi postuna əsas namizədin "Brayton"un baş məşqçsisi De Zerbinin olduğu irəli sürülmüşdü.

Qeyd edək ki, Xavi Hernandez mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb. Xavi uğursuz nəticələrə görə belə qərar qəbul etdiyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR