DSX-nin əsgəri yaralandı

Mart ayının 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı