Xankəndidən avtomat və başqa silah-sursat tapıldı

Polis əməkdaşları tərəfindən Xankəndidə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR