ABŞ-dən Azərbaycana qarşı gülünc ittiham – VİDEO

COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün böyük etimaddır. Rəsmi Bakı bunun üçün böyük işlər görür. Amma Qərbin Azərbaycana olan gülünc ittihamları hələ də davam etməkdədir. Ortaya heç bir səbəb qoymadan iddia edilir ki, Azərbaycanda belə bir tədbir keçirə bilməz.

“Əgər ekologiyadan danışırıqsa, ekoloji fəlakətin ən böyük səbəbkarı atom bombalarının hazırlanması və sınaqdan keçirilməsidir. Bax, bu cür sınaqların və ya qlobal silahlanma uğrunda gedən mübarizənin baş qəhrəmanı kimlərdir? - Əlbəttə ki, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri. O ölkələr ki, atom bombası da daxil olmaqla ən böyük dağıdıcı gücə malik silahları dünyada hər kəsdən qabaq hazırlayıb və digər dövlətlərin və xalqların üzərində sınaqdan keçiriblər. Bu tarixən də belə olub, bu gün də belədir. Məsələn, dünyada ilk atom bombasını hansı ölkə hazırlayıb? Amerika Birləşmiş Ştatları”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib

R. Məmmədov onu da qeyd edib ki: “Kimin nə deməyindən, nə kimi ağılsız bəyanatlar verməsindən asılı olmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı