Bacısını bıçaqlayan şəxs saxlanıldı

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Qeyd edilib ki, qadın xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

    Vurğulanıb ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı