Ağdamın yeni hərbi prokuroru Elnur​ Kərimov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin əmr ilə Elnur Kərimov Ağdama hərbi prokuror təyin edilib.

Metbuat.az Ağdamın yeni hərbi prokuroru barəsində məlumat əldə edib. Elnur Kərimovun dosyesini təqdim edirik:

Kərimov Elnur Rasim oğlu 29.08.1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1998-2000-ci illərdə ön xətdə yerləşən N saylı hərbi hissədə taqım komandiri və hərbi hissənin təhqiqatçısı vəzifələrində xidmət edib.

27.12.2002-ci il tarixdə prokurorluq orqanlarına qulluğa qəbul edilərək, Lənkəran hərbi prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işər üzrə müstəntiqi, Füzuli hərbi prokurorunun müavini, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində qulluq keçib.

Beynəlxalq Prokurorlar Assosasiyasının üzvüdür. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun və Hərbi prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb. Həmçinin lll, ll, l dərəcəli "Qüsursuz xidmətə görə" və lll, ll dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Ədliyyə polkovnik-leytenantıdır. Ailəlidir, bir qız və bir oğul övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR