Silsilə oğurluq edən şəxs saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən Alim Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Alim Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 min manatdan artıq pulunu və dəyəri 35 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Alim Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR