Bu cür verilişlərin bağlanması doğru deyil - Deputat

"Sosial verilişlərin bağlanması əslində məqsədə uyğun deyil. Cəmiyyətin müəyyən problemlərinin dilə gətirilməsi, müzakirə olunması üçün bu verilişlərin olması vacibdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında televiziya kanallarında yayımlanan sosial proqramlardan danışan deputat Fazil Mustafa deyib. O bildirib ki, verilişlərin formatı müəyyən dərəcədə dəyişməlidir:

"Efirlərdə ədəbsiz elementlər, hansısa cəmiyyətin mənəvi, psixoloji mühitinə təsir edən nüanslar ortadan qaldırılmalıdır. Daha səviyyəli aparıcılıq funksiyası yerinə yetirilməlidir. Amma bunun tam ortadan qaldırılması yanlışdır. Bu problemin ən yaxşı yolu alternativlərin artırılmasıdır.

Problemlərin daha səviyyəli müzakirə olunması, xüsusilə də ziyalıların, alimlərin bu prosesə cəlb olunması vacibdir. Ən yaxşı forma qadağa deyil, alternativ yaratmaqdır. Bu alternativlər çoxaldıqca, insanların böyük əksəriyyəti daha faydalı istiqamətə yönələcəklər. Bununla da müəyyən sıxıntılar aradan qalxacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı