​Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb - Hakan Fidan

Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb.

Metbuat.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün böyük fürsət yaranıb. Regionda sülhün təmin edilməsi bütün ölkələr üçün xeyirlidir. 2020-ci ilin noyabrından sonra bunun üçün tarixi imkan yaranıb”, - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı