Aktyor Elşən Orucov uzun müddətdən sonra görünüşündə dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək "Çırak" serialına görə bığını kəsdirib. O, yeni halını sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, 10 bölümdən ibarət layihənin baş rolunu Ozan Akbaba canlandıracaq. Elşən və Ozan daha əvvəl "Mən bu cahana sığmazam" serialında çəkiliblər.