Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 173,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz artıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dövr ərzində beton istehsalı 59,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 50,0 faiz, sement istehsalı 29,8 faiz, tikinti gipsinin istehsalı isə 23,1 faiz artıb.

Bu dövr ərzində həmçinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-fevral aylarında 197,7 milyon manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesi məhsullarının istehsalında 75,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,4 faiz azalma müşahidə olunub. 2024-сü ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,2 dəfə, armatur istehsalı 85,1 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı isə 14,2 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı