Cəlilabadda oğurluq edilən ev yandırıldı

Cəlilabadda evdən 16 min manat pul oğurlanıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Təzəkənd kəndində İsayevlər ailəsinə məxsus evdə baş verib.

Belə ki, evdən 16 min manat pul oğurlayan şəxs və ya şəxslər, cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub. Həmən vaxtı qonaq gedən İsayevlər ailəsinə zəng edilərək evlərinin yandığı xəbəri verilib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Güclü külək və yağışlı havada yanğın lokallaşdırılsa da, sahəsi 130 kvadratlıq evin 50 kvadratın iç hissəsi yanıb.

Yanğının evin digər yanar konstruksiyalarına keçməsinin qarşısı alınıb. Hadisə şahidləri otaqlarda yanmayan yanar maye izləri də aşkar ediblər.

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb. Oğurlanan pul ev sahibinin oğluna məxsus olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı