Tovuzda ağır qəza, xəsarət alanlar var

Tovuz rayonunun Alakol kəndində ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən bildirir ki, "VAZ" markalı avtomobil Tovuz şəhər - Alakol kəndi xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində, 1999-cu il təvəllüdlü Süleymanov Arzu Vəli oğlu, 1994-cü il təvəllüdlü Abdıyev Azər İlqar oğlu, 2004-cü il təvəllüdlü Şahbazov Raul Elnur oğlu, 1956-cı il təvəllüdlü Bayramov Cahan Abbas oğlu, 1983-cü il təvəllüdlü Yusifli Adilə Məhəmməd qızı və 2005-ci il təvəllüdlü Yusifli Nazipəri Qabil qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR