Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən xəbər verilib.