Qəzzada atəşkəs üçün fəal danışıqlar aparırıq - ABŞ Dövlət Departamenti

Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəsə nail olmaq üçün fəal danışıqlar aparmağa davam edir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tələb etdiyi məqsədə, yəni dərhal atəşkəs və girovların azad edilməsinə nail olmağa çalışmaq üçün fəal danışıqlar aparırıq”, - o deyib. Eyni zamanda Miller qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin bu danışıqlara hər hansı təsir göstərə biləcəyini deyə bilməz, lakin qeyd edib ki, hazırda və ötən həftəsonu davam edən danışıqlar prosesində irəliləyiş əldə olunub.

"İsrailin müdafiə naziri Yoav Qalant buradadır, o, iki saat sonra dövlət katibi Entoni Blinkenlə görüşəcək. Mən bunun (İsrailin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qəzzaya dair qətnaməsi ilə bağlı mövqeyi) görüşdə söhbət mövzusu olacağını gözləyirəm", - Miller bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR