Azərbaycan dörd kəndi müharibə ilə qaytara bilər? - AÇIQLAMA

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Azərbaycan ilk olaraq 4 kəndinin qaytarılmasını tələb edir. Ermənistan isə 31 kəndə nəzarətin aradan qaldırılmasını istədiyini bildirib.

Metbuat.az erməni KİV-nə istinadla xəbər verir ki, son məlumatlara görə, Ermənistan hakimiyyətində olan rəsmi fərarilər Azərbaycanın esklavlar barədə təzyiqlərin eskalasiyaya səbəb olacağıilə bağlı açıqlamalar veriblər.

Hərbi ekspert Ədalət Verdiyev mövzuya münasibət bildirib. O deyib ki, Azərbaycanın səbri sərhədsiz deyil:

TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir -

“Artıq dördüncü ildir ki, erməni işğalında qalan ərazilərimizin boşaldılmasını və Naxçıvana dəhlizin açılmasını gözləyirik. Ermənistan isə vaxtı uzadır, praktiki olaraq heç bir iş görmür. Təbii ki, bu fəaliyyətlər eskalasiya riskini artırır. Əgər Ermənistan 3-cü kapitulyasiya aktını İrəvanda imzalamaq istəmirsə, o zaman Azərbaycana işğal altındakı kəndlərimizin boşaldılması və Zəngəzur dəhlizinin açılması barədə yaxın həftələri keçməyən konkret tarix verməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Ermənistanda bəzi deputatlar müharibə yolu ilə torpaqlarla bağlı müəyyən qərar verilməsini də qeyd etsələr də, Nikol Paşinyan buna qarşı çıxdı:


“Düşünürəm ki, xarici səfirlərin də bu kimi məlumatları Azərbaycana qarşı təcavüzkar obrazı yaratmaqdan ibarətdir.Onlar istəyirlər ki, Qərbdə Azərbaycana qarşı təzyiqlər formalaşsın. Azərbaycan tərəfi legitim hüququndan istifadə edərək döyüş yolu ilə həmin torpaqları geri ala bilər. Amma Ermənistanın baş naziri qeyd edir ki, onlar bu torpaqları qaytaracaqlar.

Hesab edirəm ki, dörd kənd uğrunda da müharibəyə ehtiyac yoxdur. Çünki Azərbaycana qarşı ciddi təzyiqlər ola bilər. Ermənistan tərəfi delimitasiya demarkasiya ilə bağlı məsələlərdə bu kəndlərdən başlayacaq.Nəticədə, həmin kəndlərin Azərbaycana qaytarılması reallaşdırılacaq ABŞ və Türkiyə də bu prosesin içindədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı