Türkiyə klubunun xəyalı gerçək olur - Mane razılığını verdi

“Əl-Nəsr”də çıxış edən ulduz futbolçu Sadio Mane ilə bağlı diqqətçəkən xəbər dərc edilib.

Metbuat.az xəbər verir ki, Ərəbistandan ayrılacağı ilə bağlı xəbərlər yayılan seneqallı ulduz Türkiyəyə gəlməyə hazırlaşır. Mövsümün əvvəlində Almaniya nəhəngi "Bavariya"dan ayrılan və bir çox məşhur futbolçular kimi ərəb karvanına qatılan Sadio Manenin karyera planı istədiyi kimi getməyib. Türkiyə mediasının məlumatına görə, Ərəbistan yarımadasına uyğunlaşmaqda çətinlik çəkən ulduz futbolçu menecerinə Türkiyənin “Qalatasaray” klubuna transfer olmasına razı olduğunu deyib. Ərəb mətbuatında yer alan xəbərə görə, "Qalatasaray" Manenin meneceri ilə görüşüb və transfer məsələsində böyük irəliləyiş əldə edib. Bununla belə Mane yekun qərarını mövsümün sonunda verəcək. Ərəb mediası digər klubların marağına baxmayaraq, Maneni heyətinə qatmağa ən yaxın komandanın “Qalatasaray” olduğunu yazıb.

Qeyd edək ki, Sadio Mane "Əl-Nəsr"in heyətində 34 oyun keçirib. 32 yaşlı futbolçu bu matçlarda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı