Yunanıstanda 6 bal gücündə zəlzələ olub.
Metbuat.az bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, ölkənin cənubunda səhər saat 09:12-də baş verən təkanlar bölgədə hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Hazırda qurumlar ölkə sahillərində potensial sunami riskini analiz edirlər.