“Bu gün sanki hər kəs “Qarabağ”ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər”.
Metbuat.az xəbər verir ki, bu fikirləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin çempion olması münasibətilə təbrik edib:
“Amma bu, bu gün üçündür. Daha irəli baxmalıyıq. Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona 8 tur qalmış komanda çempion oldusa, bu, sondur. Klublar gələcəkdə daha aqressiv çıxış etməlidirlər”.
Qeyd edək ki, “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib.