Vətən Müharibəsi zamanı Pakistan Azərbaycana müstəsna dəstək verib - Nazir

İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi dəstək müstəsna idi.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

Nazir iki ölkə arasında diplomatik münasibətlərin yaranma tarixindən danışıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb.

“Müstəqillik illərində müxtəlif sahələrdə göstərilən səylər Azərbaycan ilə Pakistan arasında mövcud münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinə imkan yaradıb”, - o söyləyib.

Mustafayevin sözlərinə görə, indi tərəflər sənaye, ticarət-iqtisadiyyat, nəqliyyat, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək qərarına gəliblər.

“Ümid edirik ki, iki ölkə başçılarının qəbul etdiyi qərarlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə yeni təkan verəcək”, - nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı