Bakıda yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanğın zamanı xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 5 nəfərin müalicəsi isə mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı