Müalicəyə göndərilən model mərkəzdən qaçıb - VİDEO

Narkotika aludəçiliyindən əziyyət çəkdiyi üçün "Elgizlə izlə" proqramına müraciət edən və reabilitasiya mərkəzinə göndərilən keçmiş model Rövşanə Kərimova 6 aylıq müalicə müddəti tamam olmamış mərkəzi özbaşına tərk edib. Onun narkoman olan keçmiş ərinin yanına gedəcəyi bildirilib.

Metbuat.az bildirir ki, bu barədə proqramın aparıcısı Elgiz Əkbər məlumat verib. Proqrama qatılan Rövşanə Kərimova mərkəzdən qaçmasını anasının dözülməz vəziyyətdə yaşaması ilə əlaqələndirib:

"Anamın bu vəziyyətdə olması, xarabalıqda yaşaması mənim sağalmağıma maneə olur. Mən bunları qəbul edə bilmədim, buna görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim".

Elgiz Əkbər Rövşanə Kərimovaya həm özü, həm də həkim tərəfindən maddi yardım edildiyini deyib:

"Mən sənə demədim ki, ev tuturam. Həkim də sənə bunun üçün dəstək göstərdi. Sənə dedim ki, müalicə aldığın mərkəzin yanında ev tutacağıq və həkim 4 ay əvvəlcədən kirayə pulunu ödəyəcək. Sən indi bunları bəhanə edirsən və keçmiş həyatına qayıtmaq istəyirsən. Sən gecəni narkotik asılılığından əziyyət çəkən keçmiş ərinin yanında keçirmisən. Axı, sənin orada nə işin var? Mən dünən sənə 100 manat pul da vermişdim. Xəstə və səfalət içində yaşayan anasını atıb çöllərə, 100 manatı da qoyub cibinə gedib keçmiş ərinin yanına. Mən çox heyifslənirəm ki, sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Anan qaraciyər serrozundan əziyyət çəkir".

Qeyd edək ki, Rövşanə Kərimova bir zamanlar Xalq artisti Faiq Ağayevin, müğənni Samir Bağırovun kliplərində yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR