Bölgə klubunda maaş qalmaqalı artır

"Haypers Quba" mövsümün ikinci yarısına aktiv hazırlaşan klublar sırasındadır.

Metbuat.az sportinfo-ya istinadla xəbər verir ki, komanda qış transfer pəncərəsində artıq 3 yeni transferlə güclənib.

Söhbət İbrahim İbrahimli, Hüseyn Novruzov və Kamil Hüseynovun keçidindən gedir.

İlk baxışdan bölgə klubunda hər şeyin yolunda olduğu görünə bilər.

Amma daxildə vəziyyət heç də ürəkaçan deyil.

Belə ki, ikinci Liqa təmsilçisində ciddi maliyyə böhranı yaşanır.

Futbolçular vəd olunan mükafatlar bir kənara, aylıq maaşlarını belə ala bilmir.

Kollektivin kütləvi narazılığına komandanın prezidenti Ayaz Abdullayev məhəl qoymur.

Günlərdi davam edən narazılıq artıq pik həddə çatıb.

Əməkhaqqını ala bilməyən futbolçular son çarəni AFFA-ya şikayət etməkdə görür.

Yaxın günlərdə komandanın bir neçə üzvü federasiyaya üz tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı