"Fənərbağça" doğma meydanda qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Sivasspor" "Fatih Karagümrük"ə 1:0, "Kasımpaşa" "Kaysərispor" 2:0, "Trabzonspor" isə "Konyaspor"a 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 82 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı