300 bal toplayan yeganə oğlan danışdı - Bu peşəni seçəcək

11 illik təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında 14 nəfər maksimum nəticə göstərib. Onlardan 13 nəfər qız, 1 nəfər isə oğlandır.

Metbuat.az bildirir ki, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin 11-ci sinif şagirdi Elşən Yusibov öz təəssüratlarını "AzEdu.az" ilə bölüşüb. Elşən bildirdi ki, o, IV ixtisas qrupu üzrə hazırlaşır, gələcəkdə yüksək ixtisaslı ürək cərrahı olmağı hədəfləyir:

"Müxtəlif illərdə Respublika fənn müsabiqəsi, eləcə də Respublika Fənn Olimpiadalarında iştirak etmişəm. İki dəfə bürünc medal qazanmışam. Bu il keçirilən RFO-da final mərhələyə yüksəlmişəm. Hədəfim blok imtahanından da maksimum nəticə göstərməklə, 700 bal toplamaqdır. Təhsilimi Azərbaycan Tibb Universitetində almağı düşünürəm”.

"Səhər dərsə, ondan sonra isə kursa gedirdim”, - deyə müsahibimiz bildirib:

"Hər gün Həmzəlli kənd tam orta məktəbinə, axşamüstü isə biliklərimi təkmilləşdirmək üçün əlavə olaraq kursa gedirəm. Kursun keçirdiyi sınaqlarda yüksək nəticələr göstərdiyim üçün tam təmannasız hazırlaşırdım. Mənim hobbilərim sırasında birinci yerdə futbol dayanır. Dərsdən boş vaxt tapan kimi futbol oynayıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı