"Qalatasaray"ın istədiyi futbolçu qərarını verdi

“Barselonan”nın futbolçusu İlkay Gündoğanın komandadan ayrılacağı iddia edilib.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisində narazı olan 33 yaşlı ulduz futbolçu mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır. İspaniya mətbuatında yer alan xəbərə görə, İlkay Gündoğanın yeni ünvanı da müəyyənləşib. Ulduz futbolçunun Səudiyyə Ərəbistanından gələn astronomik təklifləri dəyərləndirdiyi bildirilib. Məlumata görə, İlkay Gündoğan "Qalatasaray"ın da gündəmindədir.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Barselona"nın heyətində 43 rəsmi oyun keçirib və bu matçların 37-də start 11-də yer alıb. Futbolçu 5 qol və 10 məhsuldar ötürmə ilə komandasına töhfə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı