Ərdoğandan taciklərlə bağlı yeni qərar

Türkiyədə Tacikistan vətəndaşları üçün vizasız rejim ləğv edilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə prezident R. T. Ərdoğan fərman imzalayıb.

“Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - sənəddə deyilir.

Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı