"Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir"

Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

O bildirib ki, regionda sülhün alternativi yoxdur.

Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır.

Qeyd edək ki, M.Peyçinoviç-Buriç Ermənistanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı