​Kloppdan sonra “Liverpul” ona həvalə edilir

Mövsümün sonunda Yurgen Kloppla yollarını ayıracaq "Liverpul" yeni baş məşqçi ilə anlaşmaq üzrədir.

Metbuat.az xəbər verir ki, "Liverpul"un yeni baş məşqçisini Portuqaliyada tapdığı irəli sürülüb. Nüfuzlu jurnalist Pedro Sepulvedanın xəbərinə görə, "Liverpul" "Sportinq"in baş məşqçisi Ruben Amorimə 3 illik müqavilə təklif edib. Ruben Amorimin təklifi qəbul etdiyi irəli sürülüb Xəbərdə tərəflərin maliyyə şərtləri ilə bağlı razılığa gəlməyə çox yaxın olduğu bildirilib.

Qeyd edək ki, "Sportinq"lə Portuqaliya Liqası çempionluğuna yaxın olan 39 yaşlı baş məşqçi Ruben Amorim son açıqlamasında gələcəyi ilə bağlı bunları deyib: "Gələn mövsüm "Sportinq"də qalacağıma zəmanət verə bilmərəm. Bunu Xabi Alonsonun dediyi kimi deyə bilmərəm. Gələcəyimi müzakirə etmək üçün vaxtımız var, bunu doğru zamanda edəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı