Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,39 ABŞ dolları və ya 1,47% aşağı düşərək 93,33 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı