Dünya birjalarında neft bahalaşıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 90,54 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar artaraq 86,54 dollar təşkil edib.