Polis hər yerdə bu qızı axtarır - FOTO

Şəkidə 16 yaşlı qız itkin düşüb.

Metbuat.az report-a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in "102" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR