"Atalanta" "Liverpulu" darmadağın etdi - Avropa Liqası

UEFA Avropa Liqasının 1/4 final mərhələsində ilk oyunlar keçirilib.

Metbuat.az xəbər verir ki, gecə bir sıra sensasiyalı nəticələrlə yadda qalıb. Belə ki, İtaliyanın "Atalanta" klubu səfərdə İngiltərə "Liverpul"una 3:0 hesabı ilə qalib gəlib. Qolları Canluka Skamakka (38, 60-cı dəqiqə) və Mario Pasaliç (83) vurub.

Digər oyunda İtaliyanın iki nəhəngi - "Milan" və "Roma" üz-üzə gəlib. Qırmızı-qaralılar gözlənilmədən öz meydanlarında məğlub olublar. Oyunda yeganə qolu 17-ci dəqiqədə Canluka Mançini vurub.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar

11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya) - 0:1
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) - 0:3
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə) - 2:0
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa) - 2:1.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı