Nadir Adilov yenidən BMT-nin Komitə üzvü seçildi

Hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov yenidən Birləşmiş Millətlər Təşkilatının (BMT) Komitə üzvü seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin “X” hesabında məlumat verilib.

Belə ki, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) iclasında ali qurumun İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2025-2028-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov 2025-2028-ci illər üzrə yenidən Komitə üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəfdar dövlətlər tərəfindən Paktın icrası üzrə monitorinqini aparır. Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edir və Konvensiya üzrə öhdəliklərini yerinə yetirməkdə BMT-nin İqtisadi və Sosial Şurasına kömək edir.

Xatırladaq ki, 18 üzvdən ibarət olan Komitəyə ilk dəfə Azərbaycan nümayəndəsi Nadir Adilov 2021-2024-cü illər ərzində də üzv seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı