Xəbər verdiyimiz kimi, aprelin 13-ü Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin son vəziyyəti açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır, sabah xəstəxanadan evə buraxılacaq.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.