Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı - Oyun satılıb?

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”, - AFFA rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR